Вернуться назад Распечатать

İsrail Livana zərbələr endirdi

 İsrail hərbçiləri Livana yeni hücum həyata keçirib.


1xeber.media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, ordunun məqsədi Hizbullah silahlı qruplaşmasının üzvü Məhəmməd Hammudini məhv etmək olub. Zərbə Livanın cənubundakı Kunin kəndinin kənarında həyata keçirilib.