Вернуться назад Распечатать

Özbəkistan prezidenti Azərbaycana gəlir

 Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana səfərə gəlir.


1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.


İyulun 3-4-də keçiriləcək sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, təşkilata üzv olan digər ölkələrin dövlət və hökumət başçıları qatılacaq.