Вернуться назад Распечатать

Ermənistanda hərbi hissədə partlayış olub - Yaralılar var

 Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində minaatan mərmisi partlayıb.


1xeber.media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, insident iyulun 8-də saat 16:00 radələrində bölmələrdən birinin poliqonunda təlim zamanı baş verib. Nəticədə hərbçilər yaralanıb.



Faktla bağlı araşdırma aparılır.


Nazirlik qeyd edib ki, ehtiyac yarandıqda zərərçəkənlərin sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumat verəcəklər.