Вернуться назад Распечатать

İspaniyada da meşə yanğını: ölənlər var

 İspaniyanın Kataloniya bölgəsində baş verən meşə yanğınında iki nəfər həlak olub.


1xeber.media yerli mediaya istinadən xəbər verir ki, 3 min hektara yaxın ərazini məhv edən yanğın səbəbindən onlarla insan təxliyə edilib.


Hakimiyyət orqanları 18 mindən çox sakinə evdə qalmağı tövsiyə edib.


Bölgədə işləyən 300-dən çox yanğınsöndürənlə birlikdə təcili yardım bölmələri yerləşdirilib.