Вернуться назад Распечатать

Starmer və Makron Rusiyanı müzakirə etdi

 Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron arasında Londonda görüş baş tutub.


1xeber.media xarici mediaya istinadən xəbər verir ki, Londonda keçirilən görüşdə diplomatiya ilə yanaşı, Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyi müzakirə olunub.


Starmer qeyd edib ki, Avropanın Ukraynada sülhməramlı qüvvələri yaratmaq planları bir neçə aylıq planlaşdırmadan sonra nəhayət formalaşıb. Makron isə atəşkəs razılaşması əldə olunarsa, onların həyata keçirilməyə hazır olduğunu vurğulayıb.