İsrail ordusu Suriyanın cənubundakı Suveyda bölgəsinə irəliləyən tankları hədəf alan görüntüləri yayımlayıb.
1xeber.media xəbər verir ki, ordunun sözçüsü bu addımı bölgədə hərbi təhlükənin qarşısını almaq məqsədilə atdıqlarını bildirib.
Hadisə Suveyda əyalətində druz və bədəvi ərəb qəbilələri arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Son məlumatlara görə, qarşıdurmalarda azı 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Suriya ordusunun bölgəyə müdaxiləsi zamanı 6 əsgərin həlak olduğu, 9-nun isə girov götürüldüyü bildirilib.
İsrail uzun illərdir Suriyanın cənubundakı hərbi fəallığı öz təhlükəsizliyi üçün təhdid hesab edir və bu regionda hərbi mövcudluğun genişlənməsinə qarşı sərt mövqe tutur.