Rusiya müharibənin 1242-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 70 702 PUA-sı, 619 zenit-raket kompleksi, 24 259 tank və digər zirehli texnikası, 1 577 reaktiv yaylım atəş sistemi, 27 576 artilleriya və minaatanı, 38 402 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.