Вернуться назад Распечатать

Filippində dövlət qurumları fəaliyyətini dayandırıb

 Filippin ölkənin mərkəzi bölgəsində güclü yağışlar səbəbindən hökumət və təhsil müəssisələrinin fəaliyyətini dayandırıb. 


1xeber.media xəbər verir ki, Filippin hökuməti məlumat yayıb. 


Filippin Daxili İşlər Nazirliyinin məlumatına görə, leysan nəticəsində 6 nəfər itkin düşüb, 35 minə yaxın vətəndaş təxliyə mərkəzlərinə yerləşdirilib.


Bununla yanaşı, bütün təcili yardım xidmətləri fəaliyyətini davam etdirir.