Вернуться назад Распечатать

Banqladeşdə təyyarə qəzasında ölənlərin sayı artdı

 Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.


1xeber.media xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rəhman deyib.


“Ölənlərin 25-i uşaqdır. Həmçinin pilot və bir müəllim də həlak olub”, - o bildirib.


Qeyd edək ki, Banqladeşin paytaxtı Dəkkədə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi məktəbə çırpılıb.

***

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində ölənlərin sayı 31-ə çatıb.