Вернуться назад Распечатать

Şimali Makedoniyada meşə yanğınları baş verib

 Şimali Makedoniyanın bir neçə bölgəsində meşə yanğınları baş verib.


1xeber.media xarici KİV-lərə istinadən xəbər verir ki, ötən sutka ərzində müxtəlif yerlərdə 38 yanğın qeydə alınıb.


Məlumata görə, onlardan 27-si söndürülüb, 5-i nəzarət altına alınıb, 6-sı isə hələ aktivdir. Ümumilikdə 32 hektardan çox ərazinin yandığı bildirilir.


Ölkə ərazisində havanın temperaturu 35-42 dərəcə arasında dəyişir. Anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edilib.