Hindistana məxsus sərnişin təyyarəsi hava limanına endikdən sonra alovlanıb.
1xeber.media xəbər verir ki, bu barədə “Air İndia” şirkəti məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunur ki, enişdən sonra sərnişinlər artıq təyyarədən enməyə başlayanda quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib.
Təyyarə Honkonqdan Yeni Dehliyə uçuş həyata keçirib.