Вернуться назад Распечатать

Uranı zənginləşdirməyə davam edəcəyik, lakin... - Pezeşkian

İran nüvə silahı əldə etmək niyyətində deyil.

1xeber.media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Biz nüvə silahına malik olmaq imkanını tamamilə rədd edirik, bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – Pezeşkian qeyd edib.

O vurğulayıb ki, İran beynəlxalq hüquq çərçivəsində gələcəkdə öz ərazisində uranı zənginləşdirməyə davam edəcək.