Вернуться назад Распечатать

Suriya yenidən dirçəlir: 6 milyardlıq 47 müqavilə imzalandı

 Suriya ilə Səudiyyə Ərəbistanı arasında dəyəri 6 milyard dollardan çox olan 47 müqavilə imzalanıb.


1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, razılaşmalar Suriyanın müharibədən zərər çəkmiş iqtisadiyyatının bərpasında mühüm addımdır.


Suriya-Səudiyyə İnvestisiya Forumunda imzalanan müqavilələr daşınmaz əmlakdan telekommunikasiya və maliyyəyə qədər bir çox sektoru əhatə edir. Müqavilə həmçinun kifayət qədər iş yerlərinin də açılmasını nəzərdə tutur.