Вернуться назад Распечатать

Qazaxıstandan çağırış: Xəzəri xilas edək!

 

Axar.az
AZRUENآذفا

Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzəryanı dövlətləri Xəzərin xilası üçün səyləri əlaqələndirməyə çağırıb.

1xeber.media xəbər verir ki, Bektenov bu barədə Altayda keçirilən beynəlxalq ekoloji konfransda deyib.

O bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası müşahidə olunur:

“Bu və digər problemləri öyrənmək üçün Qazax Xəzər Elmi-Tarixi İnstitutu yaradıldı. Təəssüf ki, alimlərin proqnozları məyusedicidir. Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli, əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.