Вернуться назад Распечатать

Putin Polşaya yeni səfir təyin edib

1xeber.media  xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktoru Georgi Mixno-nu Rusiyanın Polşadakı yeni səfiri təyin edib.

"Georgi Viktoroviç Mixno Rusiya Federasiyasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - prezidentin sərəncamında deyilir.

Qeyd olunur ki, bu sərəncam keçmiş səfir Sergey Andreyevi müvafiq vəzifədən azad edir.