Вернуться назад Распечатать

Belarus diplomatı XİN-ə çağırıldı - Etiraz notası

 Litva Belarus diplomatını Xarici İşlər Nazirliyinə çağırıb.


1xeber.media xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.


Məlumata görə, diplomata Belarus ərazisindən iyulun 28-də PUA-nın Litvaya daxil olduğu, bununla sərhəd pozuntusunun qeydə alındığı bildirilib.


Diplomata etiraz notası təqdim edilib və rəsmi izahat tələb olunub.