Вернуться назад Распечатать

Qəzzada 18 mindən çox uşaq həlak olub

“Müharibə başlayandan bu yana Qəzzada 18 mindən çox uşaq həlak olub və bu gündə orta hesabla 28 uşaq deməkdir”.


1xeber.media report-a istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ted Çayban bildirib.


İsrail, Qəzza və İordan çayının Qərb sahilinə səfər etdiyini deyən UNICEF rəsmisi vurğulayıb ki, Qəzzada kütləvi aclıq təhlükəsi var:


“Qəzzada uşaqların vəziyyəti kritik həddə çatıb, uşaqlar acdır, qorxur və ağır travma yaşayırlar. Belə ki, 320 mindən çox uşaq kəskin qidalanma çatışmazlığı riski altındadır”.