12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 20255” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək.
Təlimlərdə əsas məqsədin Ermənistan sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlanıb.