Вернуться назад Распечатать

Bu ölkələr Ukraynaya yardım etmək üçün ABŞ-dən silah alacaq

Norveç, Danimarka və İsveç Ukraynaya kömək etmək üçün ABŞ-dan 500 milyon dollar dəyərində silah alacaq.

1xeber.media xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında bildirilib. 

Müqavilə çərçivəsində ölkələr “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər alacaq. Norveç özü 135 milyon dollar ayırıb.