Вернуться назад Распечатать

Qanalı nazirlər və dövlət xadimləri helikopter qəzasında öldü

Qanada müdafiə naziri Edvard Oman Boama hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

1xeber.media xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Culius Debru məlumat yayıb.

Boamadan başqa helikopterin göyərtəsində ətraf mühit, elm, texnologiya və innovasiyalar naziri İbrahim Murtala Məhəmməd, keçmiş qida naziri Samuel Sarponq, parlamentə keçmiş namizəd Samuel Aboaqye, milli təhlükəsizlik üzrə koordinator müavini Alhaji Muniru Məhəmməd və üç ekipaj üzvü olub. Onların hamısı ölüb.

Qəza Aşanti bölgəsində baş verib. Z-9 helikopteri mədən işlərinə həsr olunmuş foruma gedərkən bir anda radardan itib. Qəzanın səbəbləri araşdırılır.

Qana prezidenti Con Dramani Mahama həlak olanların yaxınlarına başsağlığı verib.