ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub.
1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.
O bildirib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:
1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat;
2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması;
3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub;
4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan münasibətlərinin inkişafını nəzərdə tutan anlaşma memorandumları.