Вернуться назад Распечатать

Sandu Bakı və İrəvanı təbrik etdi

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı əldə olunan razılaşma münasibətilə təbrik edib.

1xeber.media xəbər verir ki, o, bununla bağlı özünün X hesabında qeyd edib.

“Ermənistan və Azərbaycan arasındakı razılaşma onilliklərdən bəri davam edən düşmənçiliyi bitirmək istiqamətində mühüm hadisədir. Biz hər iki tərəfi, eləcə də ABŞ prezidentini regionda sülh, barışıq və daha böyük rifaha gedən yolu açmağa kömək etdiklərinə görə təbrik edirik”, - Sandu bildirib