Вернуться назад Распечатать

Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan türkiyəli qəssaba hökm oxunub. 

1xeber.media məlumatına görə, 6 avqust 1993-cü ildə Türkiyənin Bursa şəhərində anadan olmuş T.B. barəsində Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, T.B. Bursa şəhərində qəssab işləyib və orada törətdiyi cinayət əməlinə görə ötən ilin avqust ayında saxta sənədlərlə Azərbaycana gəlib. Bundan sonra Xırdalan şəhərində kirayə ev tutan təqsirləndirilən şəxs həyat yoldaşı R.Ç. və 2 övladını Türkiyədən Bakıya gətirərək, burlikdə yaşayıblar.

16 aprel 2025-ci il tarixdə həyat yoldaşının və övladlarının Azərbaycan Respublikasında müvəqqəti qalma müddəti bitdiyi üçün onları Bakı-İstanbul reysi ilə Türkiyəya göndərib. Özü isə işləmək üçün Miqrasiya Xidmətindən icazə ala bilmədiyi üçün Gürcüstana getmək qərarına gəlib. O, əldə etdiyi saxta pasportla Gürcüstan sərhədinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmənin qərarı ilə T.B.-ya 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.