Azərbaycan və Gürcüstanla üçtərəfli formatda əməkdaşlıq davam etdirilir.
1xeber.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixail Kavelaşvili ilə görüşdə deyib.
“Xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. Üçtərəfli parlament sədrləri görüşünün də keçirilməsi planlaşdırılır”, - Ərdoğan qeyd edib.