Вернуться назад Распечатать

Rusiya Ukraynada raket istehsal edən 4 müəssisəni vurdu

Ukraynada “Sapsan” ballistik raketlərinin istehsal olunduğu dörd müəssisəyə zərbə endirilib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr Dnepropetrovsk vilayətinin Pavloqrad bölgəsində yerləşən Kimya və Mexaniki zavodları, həmçinin Sum vilayətinin Şostka yaşayış məntəqəsindəki “Zvezda” zavodu və Şostka Elmi-Tədqiqat Kimya İnstitutuna yönəlib.

Zərbələrin nəticələri peyk görüntüləri və texniki vasitələrlə təsdiqlənib.