İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyanın həbs müddətini uzadıb.
1xeber.media xəbər verir ki, bu barədə biznesmenin vəkili Aram Vardevanyana istinadən məlumat yayıb.
“Təəssüf ki, məhkəmə Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb”, - vəkil bildirib.
O əlavə edib ki, müvəkkillərinə qarşı irəli sürülən ittihamları əsassız hesab edirlər.
İyun ayında Ermənistanda “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan saxlanılaraq həbs edilib. İş adamı respublikada hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunub.