Вернуться назад Распечатать

"Qırğızıstan Rusiyaya kömək etmir" - Sadır Japarov

Qırğızıstan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir. Bunun kimi xəbərlər həqiqətə uyğun deyil.

1xeber.media xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov “Kabar” milli agentliyinə müsahibəsində deyib. 

"Bizim vasitəmizlə Rusiyaya sanksiya tətbiq edilən malların daşınması ilə bağlı bir dənə də olsun fakt yoxdur. Olsaydı, bizə qarşı iddialar irəli sürən ölkələr sübut təqdim edərdilər. Belə bir sual yoxdur".

Onun sözlərinə görə, faktlar var ki, özləri Rusiyaya qarşı məhdudiyyətlər qoyan dövlətlər Rusiya tərəfi ilə milyardlarla dollara birbaşa əməkdaşlıq edirlər. Qırğızıstan rəhbərinin qeyd etdiyi kimi, bu məlumatı müxtəlif KİV-lər dərc edir.

Eyni zamanda, moldovalı siyasətçi və iş adamı İlan Şorun fəaliyyəti və onun Qırğızıstanla əlaqələrindən danışan Japarov ölkənin iqtisadi layihələrin həyata keçirilməsinə açıq olduğunu vurğulayıb.

"İlan Şor, İlon Mask və ya başqası olsun, ölkəmizə gəlib bizneslə məşğul olmaq istəyirlərsə, gəlsinlər. Bundan faciə yaratmağa ehtiyac yoxdur. Biz çoxvektorlu siyasət yürüdürük, hamı ilə əməkdaşlığa hazırıq. Gələcəkdə də bu kurs dəyişməyəcək. Kim olursa-olsun, ölkəmizə gəlmək istəyirlərsə, iqtisadi əməkdaşlıq üçün hər kəsə hazırıq”, - o vurğulayıb.