1xeber.media xəbər verir ki, qanun layihəsi Avstraliya parlamentinin hər iki palatasının üzvləri tərəfindən qəbul edilib.
Avstraliya parlamenti 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər qoyan qanun layihəsini qəbul edib. Təşəbbüskarların sözlərinə görə, o, avstraliyalı uşaqları sosial şəbəkələrin vurduğu zərərdən qorumaq üçün nəzərdə tutulub.
Bu o deməkdir ki, Avstraliya indi dünyanın ən sərt sosial media qanunlarına malik olacaq.Sənəd cümə axşamı Senatda keçirilən səsvermədə təsirli dəstək qazanıb və orada 34 leyhinə 19 əleyhinə səslə qəbul edilib.
Çərşənbə günü qanun layihəsi artıq parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında səsvermədə qəbul edilmişdi, burada 115 deputatdan 102-si onun lehinə, 13-ü isə əleyhinə səs verib.