Rusiya müharibənin 1269-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 77 490 PUA-sı, 625 zenit-raket kompleksi, 24 584 tank və digər zirehli texnikası, 1 586 reaktiv yaylım atəş sistemi, 28 544 artilleriya və minaatanı, 39 702 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.