Вернуться назад Распечатать

Putin Trampla görüş üçün Alyaskaya yola DÜŞDÜ

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.

Bu barədə 1xeber.media Rusiya KİV-inə istinadən xəbər verir.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq.