Вернуться назад Распечатать

Rusiyada təyyarə uçuş-enmə zolağından çıxdı

Tümendə səhər saatlarında AN-24 təyyarəsi Roşçino hava limanında uçuş-enmə zolağından çıxıb. 

1xeber.media  xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb. 

"Avqustun 18-də səhər saatlarında AN-24 sərnişin təyyarəsi Roşçino hava limanından havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, 13-ü uşaq olmaqla 40 sərnişin olub. Tələfat yoxdur", - məlumatda deyilir.

Baş verənlərin ilkin versiyası təyyarənin əyləc sistemində baş vermiş texniki nasazlıqlardır. Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir. Uçuş qaydalarının mümkün pozulması faktları ilə bağlı araşdırmaqabağı yoxlama təşkil edilib.