Вернуться назад Распечатать

Rusiya yenə SOCAR-ın Ukraynadakı terminallarına hücum etdi

Rusiya yenidən Nova Poşta terminalına və Azərbaycan dövlət neft şirkəti SOCAR-ın Ukraynadakı terminallarına zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, gecə saatlarında Odessa ətraflarında yanacaq-energetika infrastrukturu obyektində və binada PUA hücumu nəticəsində yanğın baş verib. Yanğın söndürülüb, ölən və xəsarət alan yoxdur.