Üçtərəfli yox, dördtərəfli görüş olmalıdır - Makron
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə planlaşdırılan Tramp-Putin-Zelenski görüşünə Avropa lideri də qatılmalıdır.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Əgər təhlükəsizlik zəmanətlərindən danışırıqsa, bu, bütün Avropa qitəsinin təhlükəsizliyinə aiddir. Ona görə də dördtərəfli görüşə ehtiyac var”, - deyə Makron vurğulayıb.