Rusiya 21 britaniyalıya qarşı sanksiya tətbiq edib.
1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına Britaniyanın media, qeyri-hökumət təşkilatları, konsaltinq qurumları və ekspert icmasına aid şəxslər daxil edilib.
"Londonun davam edən qarşıdurma siyasətinə cavab olaraq, Böyük Britaniyanın bir sıra nümayəndələrinin Rusiyanın “stop siyahısı”na salınması qərara alınıb", - bəyanatda qeyd olunub.