Вернуться назад Распечатать

Rusiya və Krımda yanacaq çatışmazlığı başladı

Ukrayna dronlarının neft emalı zavodlarına zərbələri səbəbindən Rusiyanın Primorski diyarı, Vladivostok və Krımda yanacaq çatışmazlığı yaranıb.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumatda bildirilir ki, Primorski diyarı və Vladivostokda yanacaq doldurma məntəqələrində böyük növbələr müşahidə edilir. Moskva-Rostov-Krasnodar magistralında yük maşınlarının uzun sıraları yaranıb.

“Krımda benzin çatışmazlığı qeyd olunur, sürücülər yanacaq üçün növbəyə dayanır və yanlarında kanistrlər götürürlər. Eyni zamanda, benzinin qiyməti maksimum səviyyəyə çatıb”, - teleqram kanalları yazıb.