İŞİD terror qruplaşmasının liderlərindən biri Salah Numan beynəlxalq koalisiya qüvvələrinin Suriyada keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
1xeber.media xəbər verir ki, bu barədə “Əl-İxbariyə” telekanalının məlumatında deyilir.
Bildirilib ki, "Əli" ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində evə endirilən zərbə nəticəsində zərərsizləşdirilib.