Вернуться назад Распечатать

Burcu Özberk daha bir serialda

Türkiyəli aktrisa Burcu Özberk yeni seriala çəkiləcək.

1xeber.media xəbər verir ki, aktrisa “Organize İşler: Karun Hazinesi” adlı 8 bölümdən ibarət serialda rol alacaq. O, layihədə "Ceylan" obrazına həyat verəcək.

Sentyabrda başlayacaq çəkilişlərin noyabrın sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Burcu həm də "Karanlık oda" serialında çəkiləcək.