Вернуться назад Распечатать

Qadın nüvə gəmisinin kapitanı oldu - Rusiyada ilk

Marina Starovoitova “Yamal” nüvə buzqıran gəmisinin kapitanı təyin edilib. 

1xeber.media xəbər verir ki, bu barədə “Rosatom”un mətbuat xidməti məlumat yayıb. 

Təyin olunmazdan əvvəl o, gəmidə baş köməkçi vəzifəsində çalışıb. 

Rusiya nüvə sənayesinin 80 illiyinə həsr olunmuş konsert zamanı kapitana döş nişanını səhnədə Murmansk veteranları "Atomflot" təşkilatının fəxri prezidenti, uzaqmənzilli gəmilərin kapitanı Aleksandr Barinov təqdim edib.