Вернуться назад Распечатать

Zelenski Ukraynada rus dilinin statusu ilə bağlı açıqlama verib

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin rus dilinə ikinci dövlət dili statusunun verilməsi ilə bağlı suallarını cavablandırıb.

1xeber.media xəbər berir ki, UNIAN onun sözlərini özünün Telegram kanalında yazır.

"Bizim bir dövlət dilimiz var - ukrayna. Ruslar nə istəsə deyə bilər", - o deyib.

Daha əvvəl Reuters mənbələrə istinadən Rusiyanın Ukrayna ilə sülh sazişi bağlamaq şərtləri barədə məlumat yayıb. Tələblərdən biri rus dilinə rəsmi statusun verilməsi və ölkədəki Rus Pravoslav Kilsəsinə fəaliyyət azadlığının verilməsi olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ali Radanın ölkənin əsas qanununun dəyişdirilməsi ilə bağlı təklifinə cavab verib. O, Kiyevə Ukrayna Konstitusiyasının rusların hüquqlarının müdafiəsi ilə bağlı maddələrini xatırladıb.