İşğalçı ölkəyə hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür.
1xeber.media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, Co Bayden Ukraynaya döyüşməyə yox, yalnız özünümüdafiəyə icazə verirdi.
“Nə olursa olsun, mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməyəcəkdi. Sıfır ehtimal. Maraqlı anlar qabaqdadır”,- deyə Tramp əlavə edib