İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı günü Qəzza şəhəri üzərində nəzarətin qurulmasını və HƏMAS-ın son məğlubiyyətini nəzərdə tutan hərbi komandanlığın planlarını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti-yə baş nazirin aparatının müşaviri Dmitri Gendelman məlumat verib.
Bildirilir ki, siyasətçi avqustun 21-də İsrail Müdafiə Qüvvələrinin (IDF) müvafiq planlarını təsdiqləmək üçün Qəzza diviziyasına gəlib. Gendelmanın sözlərinə görə, hökumət başçısı Təl-Əvivin müharibəni ölkə üçün məqbul şərtlərlə dayandırmaq əzmini qeyd edib.
Bundan əlavə, yəhudi dövlətinin baş naziri bütün girovların azad edilməsi ilə bağlı dərhal danışıqlara başlamaq barədə göstəriş verib.
Cümə axşamı, avqustun 21-də Netanyahunun Qəzza zolağına gəldiyi bildirildi. Onun vurğuladığı kimi, HƏMAS-ın məğlubiyyəti və israilli girovların azad edilməsi “bir-birinin ardınca gedən” iki vəzifədir.