Вернуться назад Распечатать

Macarıstanın xarici işlər naziri: “Drujba” ilə neft nəqli ən azı beş gün dayandırılıb

Macarıstanın xarici işlər naziri Peter Szijjarto sosial media X hesabında yazıb ki, Ukraynanın hücumu səbəbindən Drujba kəməri ilə Macarıstan və

1xeber.media xəbər verir ki, Slovakiyaya neft tədarükü ən azı beş gün dayandırılıb.

“Gəlin düzünü deyək: bu hücumlarla Ukrayna ilk növbədə Rusiyaya deyil, Macarıstan və Slovakiyaya ziyan vurur”, - o deyib.

Szijjarto həmçinin Aİ ölkələrinə "enerji təchizatının təhlükəsizliyinə zəmanət" tələbi ilə Avropa Komissiyasına müraciət dərc edib. Müraciəti Szijartodan başqa Slovakiyanın xarici işlər naziri Yuray Blanar da imzalayıb.

“Son illərdə Avropa İttifaqı və onun üzv dövlətlərinin Ukraynaya yüz milyardlarla avro dəstək verdiyini nəzərə alsaq, Ukraynanın Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyini ciddi şəkildə təhdid edən hərəkətlərini qəbuledilməz hesab edirik”, - müraciətdə deyilir.

Ukrayna Silahlı Qüvvələri Drujba kəmərinin Uneça neft emalı zavoduna hücum barədə daha əvvəl məlumat vermişdi. Stansiyanın yerləşdiyi Bryansk vilayətinin səlahiyyətliləri hücumdan sonra baş verən yanğının artıq söndürüldüyünü bildiriblər.