Вернуться назад Распечатать

Tramp 2026-cı il dünya çempionatının püşkatma tarixini açıqladı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq sənətləri mərkəzində baş tutacaq.

Axar.az-ın məlumatına görə, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, püşkatmanın paytaxtda keçirilməsi böyük şərəfdir.

"Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını burada, xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq".