Вернуться назад Распечатать

NATO ölkəsi Rusiya müttəfiqinin sərhədləri yaxınlığında təlimlərə başlayır

Litvanın Müdafiə Nazirliyi Belarusun Qrodno vilayətinin sərhədi yaxınlığında öz ərazisində təlimlərin başladığını elan edib.

1xeber.media xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Avqustun 25-dən 29-dək Litvanın cənub-şərqində Litva Silahlı Qüvvələrinin Zemaytiya piyada briqadasının “Cəsur Qriffin 25-II” (Brave Griffin – “Lenta.ru qeydi”) hərbi səhra-taktiki təlimləri keçiriləcək”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi açıqlayıb ki, manevrlərin məqsədi bölmələrin döyüşə hazırlığını və briqadanın yenidən yerləşmə qabiliyyətini qiymətləndirməkdir. Hərbçilər Şvençionis, Vilnüs, Şalçininkay, Elektrena rayonlarının ərazilərindən və Belarusla sərhədə yaxın olan Vilnüs şəhərinin bələdiyyəsindən keçəcəklər.

Bundan əvvəl Litva öz qoşunlarını Ukrayna ərazisinə göndərməyə hazır olduğunu bəyan edib. Paralel olaraq Estoniya da bunu açıqlayıb.