“Drujba” neft kəmərinə edilən hücumlar Budapeştin Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı mövqeyi ilə əlaqədardır. Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq təhdidləri və hücumları nəticəsiz qalmayacaq.
1xeber.media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Bu, çox gərgin həftəsonu oldu. Prezident Zelenski Macarıstana açıq şəkildə hədə-qorxu gəldi. O etiraf etdi ki, “Drujba” neft kəmərinə zərbələr bizim Ukraynanın AB-yə üzvlüyünü dəstəkləməməyimizlə bağlıdır. Bu, macarların verdiyi qərarın düzgünlüyünü bir daha təsdiqləyir. Şantaj, partlayış və hədələrlə Avropa Birliyinə üzvlük əldə etmək mümkün deyil”, - Orban bildirib.