Moldovada bütün dövlət qurumları ələ keçirilib və prezident Maia Sandunun təzyiqi ilə qərarlar qəbul edir.
1xeber.media xəbər verir ki, bunu “Şans” partiyasının lideri Aleksey Lunqu bildirib.
"Ölkəmizdə bütün dövlət qurumları zəbt edilib. Əgər onlara ağıllı, savadlı adamlar nəzarət etsəydilər, bu bir şey olardı. Amma təəssüf ki, onlar prezident administrasiyasının onlara nə diktə etdiyini ancaq kağızdan oxuyan dar düşüncəli insanların əlinə keçib", - o qeyd edib.
Siyasətçinin sözlərinə görə, respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) da müstəqilliyini itirib. O, vurğulayıb ki, bu qurum ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) pul aldığı üçün onu qərəzsiz hesab etmək olmaz.
Bundan əvvəl məhkəmə Moldovanın Qaqauz Muxtar Vilayətinin Başkanı (rəhbəri) Yevgeniya Qutsulu qanunsuz maliyyələşdirmə işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, məhkəmə onun yoldaşı Svetlana Popanı 6 il müddətinə azadlıqdan məhrum edib.