Tbilisidə Gürcüstan parlamentinin binası önündə keçirilən növbəti mitinqdə gərginlik yaşanır.
Etirazçılar parlamentin binasının divarındakı elektrik naqillərini yandırıblar.
Mitinqdə Gürcüstan hökumətinin əleyhinə şüarlar səsləndirilir, iştirakçılar parlamentin yaxınlığında quraşdırılmış dəmir lövhələri müxtəlif əşyalarla döyəcləyirlər.
Azadlıq meydanında xüsusi təyinatlılar, su şırnağı və yanğınsöndürən maşınlar səfərbər olunub.
Qeyd edək ki, Batumi və Kutaisi şəhərlərində də etiraz aksiyaları bərpa edilib.
Teleqraf.com