 Rusiyanın Kiyevə zərbələri nəticəsində Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin binası zədələnib.
 Rusiyanın Kiyevə zərbələri nəticəsində Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin binası zədələnib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində məlumat verib.
“Gecə hücumları zamanı Rusiya Vyana konvensiyasını birbaşa pozaraq diplomatları da hədəf aldı. AB-nin Ukraynadakı binasına ziyan dəyib. Bu hadisə təkcə AB-dən yox, dünya miqyasında qınaq tələb edir. Biz AB həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və yardım təmin etməyə hazırıq”, - Sibiqa qeyd edib.