Вернуться назад Распечатать

Rus idmançıdan sonra iş adamı da İstanbulda yoxa çıxdı

Avqustun 24-də Bosfor boğazında keçirilən qitələrarası üzgüçülük yarışı zamanı 29 yaşlı rusiyalı üzgüçü Nikolay Andreeviç Sveçnikovun itkin düşməsindən sonra, Belarus İdman Həmrəyliyi Fondunun Beynəlxalq Departamentinin rəhbəri Anatol Kotau da İstanbulda yoxa çıxıb. 

1xeber.media  Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 21-də şəxsi işləri üçün İstanbula gedən Kotaudan bir həftədir ki, heç bir məlumat yoxdur. 

Onun İstanbula endikdən sonra həyat yoldaşına mesaj göndərdiyi bildirilir. Daha sonra Kotau ilə əlaqə itib. 

İş adamının hava limanından başlayaraq getdiyi marşrutun görüntüləri hazırda polis tərəfindən ardıcıllıqla izlənilir.