İspaniyadan olan keçmiş motosiklet yarışçısı 6 ildir dünyanı ayaqyalın gəzir.
Bunu Oddity Central yazır.
Axel Pons altı il əvvəl dünyanı ayaqyalın gəzməyə qərar verərək həyatında kəskin dəyişiklik edib.
"Bir anda mən belə sürətli həyatın mənasının nə olduğunu düşünməyə başladım",- deyə o, bildirib.
Dünyanı gəzən Pons sosial şəbəkələrdə həyat tərzindən bəhs edən videolar yerləşdirir. O qeyd edib ki, ayaqyalın gəzmək artıq ona heç bir problem yaratmır.
İspan qeyd edib ki, son vaxtlar onun səyahəti həyatın mənasını daha yaxşı başa düşmək üçün daha yavaş və daha mənalı olub.